Banqladeş Səhiyyə Nazirliyi ölkədə tələbə etirazlarında 625 nəfərin öldüyünü, 18 min 380 nəfərin yaralandığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dhaka Tribune" saytının məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Akmal Hüseyn Azad, müharibədə iştirak edənlərin ailələri üçün ictimai kvotanın ayrılmasından sonra başlayan etirazlarda ölən və yaralananların sayını açıqlayıb.
Azad bildirib ki, etirazlarda 625 nəfər ölüb, 18 min 380 nəfər yaralanıb. Yaralıları müalicə üçün bir xəstəxanadan digər xəstəxanaya köçürməyə çalışdıqlarını deyən Azad bildirib: "Ən böyük səyimiz, personalı gələcək vəziyyətə hazır olmaq üçün yetişdirməkdir. Tutumu artırmağa çalışırıq". Azad ölən və yaralananların sayının daha da arta biləcəyi xəbərini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB