Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb. SİA xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin raket atəşi nəticəsində həyatını itirib.
Hadisə zamanı futbolçunun həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.
Qeyd edək ki, H.Lubbad sonuncu dəfə Küveytin "Əl-Yarmuk” klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB