…Perm məhkəməsi tələbə Kirill Zamaleyevi terror aktına hazırlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, Zamaleyev hərbi komissarlığı yandırmağı planlaşdırıb.
Amma o, planını həyata keçirə bilməyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidməti iddia edir ki, keçən ilin avqustunda Maksim adlı bir şəxs Zamaleyevə 400 dollar mükafat vəd edərək hərbi komissarlığı yandırmağı və ya partlatmağı təklif edib.
Sentyabr ayında Zamaleev hərbi komissarlığa "kəşfiyyata gedib" və bundan sonra kömür və natrium nitrat aləb.
İnternetdə tapılan təsvirlərə əsasən evdə hazırlanmış fişəng düzəldib və ertəsi gün onu boş ərazidə sınaqdan keçirib.
Amma kibrit alovlanmadığından partlayış baş verməyib.
Federal Təhlükəsizlik Xidməti qeyd edir ki, sonradan Maksim tələbəyə 400 dollar köçürməyə…vaxt tapmayıb. Çünki sentyabrın 15-nə keçən gecəyə planlaşdırılan yanğın baş tutmayıb.
Vəkil Valeri Lazarev həbslə bağlı müraciətində qeyd edib ki, həbs zamanı təhlükəsizlik qüvvələri Zamaleyevi hədələyiblər. Telefonun kilidini açmaq üçün tapançadan istifadə edəcəklərini və ya barmağını kəsəcəklərini deyiblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB