Rusiyada ağır və xüsusilə ağır cinayətlər üzrə rekord qeydə alınıb
...Bu ilin yanvar-avqust aylarında Rusiyada qeydə alınan ağır və xüsusilə ağır cinayətlərin sayı son 13 ilin rekordu olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Verstka” nəşri Daxili İşlər Nazirliyinin statistikasına istinadən xəbər verir.
…Ümumilikdə 403 min 537 belə cinayət aşkarlanıb və ən çox artım Moskva vilayəti, Krasnodar diyarı eləcə də Rostov vilayətində qeydə alınıb.
Qeyd olunur ki, cinayətin kəskin artacağını əvvəllər Daxili İşlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutu proqnozlaşdırırdı. İnstitutun mütəxəssisləri hətta son 15 il ərzində artıma təsir edən bir sıra amillərə işarə edərək rekord səviyyələr gözləyirdilər.
Onların arasında Ukraynadakı müharibədən keçmiş əsirlərin geri qayıtması və silahların qara bazarlarda həcminin artması da var.
Ukraynaya qarşı müharibədən qayıdanların törətdiyi ağır cinayətlər, o cümlədən qətllər və zorlamalar barədə mətbuatda mütəmadi məlumatlar verilir.
Artıq yüzlərlə belə hal məlumdur. Onların yaratdığı rezonans Kremlin nəzarətində olan jurnalistlərə belə hadisələr barədə danışmamağı tövsiyə etməyə məcbur edib.
Mart ayında Rusiya Dövlət Duması hərbi xidmət üçün müqavilə bağlayanların kiçik və orta ağırlıqdakı cinayətlərə görə cinayət məsuliyyətindən azad ediləcəyi qanun layihəsini qəbul edib.
Əvvəllər cinayət törətməkdə təqsirli bilinən müharibə iştirakçıları Rusiya prezidentinin imzaladığı əfv fərmanı ilə cəzadan azad ediliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB