Putin ölkədən uran, titan və nikelin ixracına qadağa qoymağı tapşırıb

Rusiya Federasiyası lideri Qərbin sanksiyalarına bu cür cavab vermək istəyir…
Putin ölkədən uran, titan və nikelin ixracına qadağa qoymağı tapşırıb

...Artıq neft, polad və kömür üçün Qərb bazarlarından sanksiyalarla kəsilmiş Rusiya iqtisadiyyatı dünyada tələbat olan əsas əlvan metalların ixracı imkanını da itirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya lideri Vladimir Putin çərşənbə günü bildirib ki, Rusiya hökuməti uran, titan və nikelin xaricə satışına məhdudiyyətləri nəzərdən keçirməlidir.

Onun sözlərinə görə, mümkün ixrac qadağaları Rusiya Federasiyasına bir sıra malların tədarükünü qadağan edən sanksiyalara cavab olmalıdır.

...Mixail Vladimiroviç (Mişustin), səndən bir xahişim var. Lütfən, dünya bazarına təqdim etdiyimiz bəzi mal növlərinə nəzər salın... Onlar bizə bir sıra malların tədarükünü məhdudlaşdırır, amma ola bilsin ki, müəyyən məhdudiyyətlər -uran, titan, nikel haqqında da düşünməliyik.

Qeyd edək ki, Putin bunu Rusiya Baş nazirinə Nazirlər Kabinetinin üzvləri ilə görüşündə deyib.

Putin əlavə edib ki, Rusiya təbii qaz (dünya ehtiyatlarının 22 faiz), qızıl (23 faiz) və almaz (55 faiz) daxil olmaqla, bir sıra strateji xammal ehtiyatlarına görə liderdir.

...Əgər bunun bizə zərəri yoxdursa, o zaman düşünə bilərik ki, mən demirəm ki, bunu sabah etməliyik, ancaq xarici bazara tədarükdə müəyyən məhdudiyyətlər barədə düşünək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə