Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə Moskvanın dəstəyinə və əməkdaşlığına ümid etdiyini bildirib.
Diplomat Rusiya ilə Ermənistan arasında münasibətlərin iki ölkə xalqlarının maraqları naminə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
SİA-nın əldə etdiyi məlumata görə, tərəflər ikitərəfli səfər məsələlərini də müzakirə ediblər. Ermənistan səfirliyinin mətbuat xidməti bəyan edib ki, Arsenyan etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təqdimetmə mərasimində iştirak edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB