Leninqrad vilayətində pasportlu skeletlər tapılıb

Leninqrad vilayətində pasportlu skeletlər tapılıb

...Leninqrad vilayətində, meşəsindən iki skelet və bir pasport tapılıb. Skeletlərdən biri Vsevoljskdə, digəri isə bölgənin Vıborq rayonunda tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” xəbər verir.

Vsevoljsk şəhərinin yerli sakini ötən gün təxminən saat 12:00 radələrində skelet barədə polisə məlumat verib. Polis gələndən sonra hadisə yerindən skeletlə yanaşı pasport da tapılıb.

Məlum olub ki, bunlar aprel ayında yoxa çıxan 34 yaşlı Saratov sakininin qalıqlarıdır.

İkinci skelet mərhumun cinsini və yaşını müəyyən etməyə imkan vermir. O, meyitxanaya göndərilib.

Hadisə yerindən geyim parçaları və məftillər götürülüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə