“Time” jurnalı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “qumda ilişib qalan” şəklini üz qabığında dərc edib.
SİA-nın əldə etdiyi məlumata görə, şəkli "Çox çətin vəziyyətdə" yazısı müşayiət edir.
Üz qabığı nəşrin saytında siyasətçinin rəqibi, Demokratların dövlət başçısı vəzifəsinə namizədi, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrislə debatından sonra peyda olub. Nəşr “Kamala Harris Donald Trampı yoldan çıxartdı” başlığı ilə dərc edilib.
Qeyd edək ki, Tramp-Harris debatı sentyabrın 10-da ABC telekanalında baş tutub.
Vitse-prezident üçün onlar dövlət başçısı vəzifəsinə namizəd kimi birinci, Respublikaçılar üçün isə onun siyasi karyerasında yeddinci olublar.
CNN debatı Harris üçün "böyük uğur" adlandırıb, Fox News isə onun qələbə çalacağını bildirib.
CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63 faizi Harrisin qalib gəldiyini bildirib. Tamaşaçıların yarıdan çoxu (54 faizi) Harris və Trampın ölkəni idarə etmək qabiliyyətinə “bir qədər inam” bəsləyir, 36 faizi Trampa tam, 32 faizi isə Harrisə tam etibar etdiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB