Türkiyə ixracatında müsbət tendensiya davam edir

Türkiyənin Ticarət naziri Ömər Bolat sosial media hesabında ixrac iqlimi ilə bağlı məlumat paylaşaraq bildirib ...
Türkiyə ixracatında müsbət tendensiya davam edir

2024-cü il iyul ayı üçün xarici ticarət indeksləri açıqlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İxrac İqlimi İndeksi 8 ay ardıcıl olaraq həddən yuxarı qalıb və avqust ayında 51,3 faizə yüksəlib.

Türkiyənin Ticarət naziri Ömər Bolat sosial media hesabında ixrac iqlimi ilə bağlı məlumat paylaşaraq bildirib: “Müsbət abu-hava davam edir. Hökumət və nazirlik olaraq həyata keçirdiyimiz siyasətlər nəticəsində ixrac mühitimiz artmaqdadır. İxrac artımı qlobal hədəflərə uyğun olaraq inkişaf edir. İxracatçılara dəstəyimiz davam edəcək. Prosesə əməyi keçən bütün ixracatçılara minnətdarıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə