...Hüquq-mühafizə orqanları bildiriblər ki, Krasnodarda Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “TK-Progress” şirkətinin baş direktoru Suren Qriqoryanı saxlayıblar.
O, Müdafiə Nazirliyindən 7,2 milyon rubldan çox pul oğurlamaqda şübhəli bilinir.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İstintaqın məlumatına görə, Qriqoryan bu vəsaitləri Krasnodar Ali Hərbi Məktəbinin kursant yataqxanasının yenidən qurulması zamanı oğurlayıb.
Hazırda onun yaşadığı və işlədiyi yerdə axtarışlar aparılır, əmlakının üzərinə həbs qoyulması məsələsi müzakirə edilir. Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB