Sankt-Peterburq Şəhər Məhkəməsi Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda təqsirli bilinən rəssam Saşa Skoçilenkonun 7 il həbs cəzasını qüvvədə saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu Skoçilenkonun bəraətini tələb edən vəkillərinin müraciətinə cavab idi.
Üstəlik, bir aydan çox əvvəl Rusiya prezidentinin fərmanı ilə Skoçilenko əfv edilib.
Sankt-Peterburqun "Rotunda" nəşrinin məlumatına görə, hakim dinləmə zamanı qeyd edib ki, Skoçilenkonun əfv olunmasından xəbəri var, lakin bu, məhkəmənin qərarına təsir etməyib.
Bundan əlavə, Skoçilenkoya cəzasını çəkdikdən sonra üç il ərzində internetdə resursları idarə etmək əlavə olaraq qadağan edilib.
Vəkillər videobağlantı vasitəsilə ona zəng etməyi təklif etsələr də, xaricdə olan Skoçilenkonun özü görüşdə iştirak etməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB