Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsinə abidə açılıb

...Çərşənbə günü Kiyevdə dünyanın bir sıra ölkələrinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Krım Platformasının beynəlxalq toplantısı keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın ilhaq etdiyi Krımın Ukraynanın nəzarətinə qaytarılması məsələsinə həsr olunmuş ilk belə konfrans 2019-cu ildə keçirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski çıxışında vurğulayıb ki, Ukrayna Krım uğrunda mübarizəni davam etdirir - təkcə ərazi bütövlüyünün bərpası naminə deyil, həm də ədalət naminə, o cümlədən yarımadanın onu tərk etməyə məcbur olan sakinlərinə münasibətdə…

Kiyevin Sülh meydanında Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Zelenskinin sözlərinə görə, o, bu xalqın həyatında baş verən üç faciəli hadisəni - 1783-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını, 1944-cü ildə Krım tatarlarının SSRİ-yə deportasiyasını və 2014-cü ildə ilhaqını xatırladır.

2015-ci ildə Ukrayna Ali Radası 1944-cü ildəki deportasiyanı Krım tatar xalqının soyqırımı kimi tanıyıb.

…Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı vasitəsilə forum iştirakçılarına müraciət edib. Onun sözlərinə görə, Ankara Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyir. Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, Ərdoğan vurğulayıb ki, Türkiyə “müharibəyə ədalətli və davamlı sülhlə son qoymağı səmimiyyətlə arzulayır”. Onun fikrincə, Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə