Hindistanın qərbində naməlum xəstəlikdən 15 nəfər ölüb

...Hindistanın qərbindəki Lakhpat şəhərində 15 nəfər ölüb. Onların ölüm səbəbi naməlum xəstəlik olub.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Hindustan Times-a istinadən xəbər verir.

Qeyd olunur ki, ölüm halları sentyabrın 3-də baş verməyə başlayıb, ölənlər arasında uşaqlar da var.

Kutç rayon hakimiyyətinin sözçüsü Amit Aroranın sözlərinə görə, tibbi araşdırma donuz qripi virusu, Krım-Konqo hemorragik qızdırması, malyariya və dang qızdırmasından ölüm ehtimalını istisna edib.

Bundan əlavə, həkimlər naməlum xəstəliyin yoluxucu xəstəlik olmadığına inanırlar.

…Son səkkiz gündə Qucarat əyalətinin Kutç rayonundakı Lakhpat şəhərində müəmmalı qızdırmadan ölənlərin sayı 15-ə çatıb, halbuki səlahiyyətlilər səbəbi hələ müəyyənləşdirə bilməyiblər.

Bunu mənbə bildirib.

Hazırda həkimlər ölənlərdən götürülmüş nümunələrə baxır. Nəticələr bir neçə günə məlum olacaq. Arora əlavə edib ki, ölənlər leysan yağışları ilə eyni vaxta düşüb və bu da qurbanların yaşadığı bölgədə daşqınlara səbəb olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə