Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Kiyevə gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, Zalujnı ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə fotosessiyaya çəkilib.

Blinken və Lammi Ukraynaya sentyabrın 11-də, Krım Platformasının sammiti ilə eyni gündə gəliblər.

Litva Prezidenti Gitanas Nauseda, Çexiya Senatının rəhbəri Miloş Vıştsil, Latviyanın baş naziri Evika Silina və Moldova parlamentinin sədri İqor Qross artıq ölkəyə gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə