“İrandan 2 milyona yaxın adam deportasiya ediləcək”

Dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki nizamsız mühacir problemi ilə bağlı açıqlama verən Ə.R.Radan deyib

İran polis qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırdıqlarını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki nizamsız mühacir problemi ilə bağlı açıqlama verən Radan deyib: “Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla tədbirlər görürük. 2025-ci ilin mart ayına qədər İranda qeyri-qanuni olan xeyli sayda - 2 milyona yaxın xarici vətəndaş ölkədən deportasiya ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə