Rusiyada yalnız slavyan millətindən olanlar “ağ” sayılırlar, başqaları isə...

Bu ölkədə başqa millətlərə qarşı dözümsüzlük günü- gündən artır...
Rusiyada yalnız slavyan millətindən olanlar “ağ” sayılırlar, başqaları isə...

...Bir müddət bundan əvvəl kalmık dostumla məni Sankt-Peterburqun mərkəzindəki kafeyə buraxılmadılar.

…Pəzəvəng çiyinli rus mühafizəçi yolumuzu kəsdi və “sizin üçün yer yoxdur” dedi.

Halbuki, arxasında demək olar ki, boş bir zal var idi. Görünüşümüz, saçımızın rəngi və gözümüzün forması idi, yəni biz “qeyri-rus” idik..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sətirlərin müəllifi Yelizaveta Borisovna Aleksandrova-Zorina Sankt-Peterburqda rus ailəsində doğulsa da, amma heç də ruslar kimi sarışın deyil. Əksinə qrabənizdir və bəlkə də elə bu görünüşü onun üçün doğma şəhərində problem yaradır.

Maraqlıdır, təkcə doğma şəhərindəmi..?

Onun dediyinə görə, kalmıkiyalı dostu həmişə yerli rusların ona həqarətlə baxmasından, “ey, çinli, vətəninə rədd ol” deməsindən şikayətlənir.

Yelizaveta Borisovnanın özü, poliklinikaya gedərkən belə, ona Rusiyada müvəqqəti qeydiyyatının olub-olmadığını soruşduqlarını deyir. Və o milliyyətilə bağlı suala “mən rusam” deyə cavab verəndə belə əksər ruslar ona gülürlər.

...Bayaq Yelizavetanın rus olsa da qrabəniz olduğunu demişdim axı. Bax, məhz bu da onun üşün problem yaradır.

...Mən Rusiyada doğulmuşam, Rusiyada böyümüşəm, tək rus qadını tərəfindən böyüdülmüşəm, rus dili mənim ana dilimdir və təəssüf ki, rus dilindən başqa milli kimliyim yoxdur. Amma içimdə çoxlu müxtəlif qanlar qarışıb və göründüyü kimi, mən belə görünmürəm..?

Bunu da yerli rus Yelizaveta deyir.

Yeri gəlmişkən, bir müddət bundan əvvl Novosibirskdə 17 yaşlı samboçu Kseniya Çeponova intihar edib. Deyim ki, qız iki il əvvəl Altay Respublikasından bu şəhərə gəlib və yerli Olimpiya Ehtiyatları Məktəbində təhsil alırmış.

...Mən başa düşə bilmirəm ki, mənim günahım nədir? Gözlərim dar doğulduğuma görəmi, yoxsa tünd dəriyə malik olduğum üçünmü?

Qeyd edək ki, bu 17 yaşlı Kseniyanın intihardan əvvəl yazdığı məktubdan götürülüb.

Elə bilirsiniz, qızın ölümünə görə, hansısa bir rus günahlandırıldımı? Təbii ki, yox! Çünki intihar edən, tünd dəriyə malik idi.

Rusiyada yalnız slavyan millətindən olan insanlar “ağ” sayılırlar, ona görə də, görünür, intihar edən məsum qız belə hesab etməyə cəsarət etmirmiş.

...Yeri gəlmişkən, may ayında Putin “Rusiya Federasiyasının tarix təhsili sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Burada ümumrusiya vətəndaş kimliyinin gücləndirilməsi haqqında rus cəmiyyətində vətənə məhəbbət, Rusiyanın tarixinə qarışma və əcdadlara hörmət,.. zorla ruslaşdırma eləcə də hər hansı digər milli kimliklərin yeganə düzgün birinə çevrilməsi elan edilir...

Deyirəm, gəl, indi baş aç ki, bununla nə demək istəyirlər....

...Mən, Putinin fərmanı ilə rusiyalı müxalifətçilərin bəyanatları arasında heç olmasa müəyyən fərqlər tapmaq istərdim, amma nə qədər çalışsam da, bacarmadım.

Bu da rusiyalı jurnalist Yelizaveta Borisovna Aleksandrova-Zorinanın fikirləridir.

…Deyirsiniz yəni, bütün bunlar “yuxarıdan gəlir”?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə