Hava limanında xidmətlər dayandırılıb

Keniyanın paytaxtı Nayrobidəki Como Kenyatta Beynəlxalq Hava Limanının Hindistan şirkətinə icarəyə verilməsi səbəbindən işçilər tətilə başlayıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Keniya Aviasiya İşçiləri Həmkarlar İttifaqı hökumətin hava limanını Hindistanın Adani Qrupuna icarəyə vermə planına etiraz olaraq müddətsiz tətilə başlayıb.

Uzun gecikmələr və uçuşların dayandırılması səbəbindən yüzlərlə sərnişinin hava limanında qapalı qalmasından sonra hava limanı fəaliyyətini dayandırıb. Keniya Aviasiya İşçiləri Həmkarlar İttifaqının yaydığı bəyanatda bildirilib ki, Ali Məhkəmə hava limanının "Adani Group"a təhvil verilməsini dayandırsa da, hökumətin qərara reaksiya verməməsi səbəbindən üzvləri tətili davam etdirəcək. Keniya hökuməti isə hava limanının modernləşdirilməsi üçün "Adani Group" ilə tərəfdaşlığın çox vacib olduğunu müdafiə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə