Norveç Türkiyəyə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır

Norveçin xarici işlər naziri Eide Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Norveçin xarici işlər naziri Espen Barth Eide ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında Norveçin xarici işlər naziri Eidenin 2019-cu ildə Norveçin Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiklərini söyləyib. Xarici işlər naziri Hakan Fidan sözügedən qərardan məmnunluğunu ifadə edərək, bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə