İsrail döyüş təyyarələri Livanın cənubuna hücum edib

İsrail döyüş təyyarələri Livanın cənubuna hücum edib

İsrail ordusu səhər saatlarından etibarən Livanın cənubundakı qəsəbələrə bir sıra hava zərbələri endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Livanın cənubundakı Zibkin, Əl-Şaaytiye, Klayla, Majdel Zon, Hanniyye və Tayr Harfa qəsəbələrində müxtəlif nöqtələri 17 dəfə hədəfə alıb.

Livanın rəsmi xəbər agentliyi xüsusilə Klayla qəsəbəsindəki fermalara və binalara böyük maddi ziyanın olduğunu bildirib. İsrail pilotsuz uçan aparatları Bint Jubeil şəhəri üzərində eyni vaxtda uçarkən, İsrail Ayta əş-Şaab və Ramiyə qəsəbələrinə doğru avtomatik silahlardan intensiv atəş açıb.

Gecə saatlarında İsrail ordusundan verilən açıqlamada həmçinin bildirilib ki, təşkilatın Nəbatiyye, Mənsuri və Kefr Kella bölgələrindəki komanda mərkəzinə və hərbi binalarına hava zərbələri endirilib. 8 oktyabr 2023-cü ildən bəri Livanın cənubunda İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 434 Hizbullah üzvü ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə