Rusiya İranla yeni dövlətlərarası saziş üzərində işi başa çatdırır

Rusiya İranla yeni dövlətlərarası saziş üzərində işi başa çatdırır

Rusiya Moskva və Tehran arasında yeni əsas dövlətlərarası sazişin yüksək səviyyədə imzalanmasına hazırlıq üçün zəruri prosedurları tamamlayır. SİA xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdə söyləyib.

Tərəflər BRİCS və BRİCS+ ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin Sankt-Peterburqda keçirilən görüşü çərçivəsində danışıqlar aparıblar.

Şoyqu bildirib ki, İranın BRİCS-ə qoşulması təşkilatın üzvləri arasında qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaradıb

Bütün xəbərlər Facebook səhifəmizdə