Türkiyədə ağır qəza olub

Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa rayonunda ağır yol qəzası baş verib. SİA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Qəzaya avtomobillərdən birinin idarəetmədən çıxması səbəb olub. Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə