Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur

Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur

Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. SİA “”Figaro”ya istinadla xəbər verir ki, bu barədə Fransa Milli Statistika İnstitutu “Insee” məlumat yayıb. Bildirilir ki, pandemiyadan sonra Fransanın əsas ərazisində işsizlik azalsa da, Mayotda bunun tam əksi baş verib. Qurumun regional nümayəndəsi Veronik Dodin bildirib ki, 2019-cu ildən sonra departamentdə əmək bazarı dağılıb.

Fransa (Mayot xaric) üzrə orta işsizlik göstəricisi 7,3 faizdir. Başqa sözlə, Mayotda işsizlik səviyyəsi ölkə üzrə ümumi göstəricini təxminən 5 dəfə üstələyir.

Bu il baş verən etiraz aksiyaları, su qıtlığı və nəqliyyat problemləri müəssisələrin normal fəaliyyətinə mane olur.

Bütün xəbərlər Facebook səhifəmizdə