Arvadının əlini kəsən gənc 12 il müddətinə azadlıqdan məhrum edilib

Arvadının əlini kəsən gənc 12 il müddətinə azadlıqdan məhrum edilib

…Rusiyanın Perm diyarının Aleksandrovski şəhər məhkəməsi 28 yaşlı Vitali Kuznetsovu 12 il müddətinə azadlıqdan məhrum etmə və nikahdankənar həyat yoldaşına işgəncə verdiyinə görə, təzminat ödətmək qərarına gəlib.

SİA 59.ru saytına istinadən xəbər verir ki, Kuznetsov qadını iki həftə mənzildə saxlayıb, döyüb, narkotik vasitə qəbul etməyə məcbur edib.

Və bütün bu cinayətləri o, beş yaşlı oğlunun gözü qaşısında törədib.

Cinayət 2023-cü ildə şəhərin Yayva kəndində baş verib. “Komsomolskaya Pravda”nın yazdığına görə, zorakılığa səbəb Kuznetsovun həyat yoldaşının onu aldatdığına dair şübhələri olub. Yerli media yazır ki, o, iki il onu döyüb.

…Hazırda 29 yaşlı zərərçəkmiş Janna Belyayevaya kəsilmiş əl əvəzinə protez qoyulub.

Məhkum qadına 4,5 milyon rubl (49,5 min dollar) məbləğində təzminat ödəməlidir.

Qeyd edək ki, 2021-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 2017-ci ildə əri Dmitri tərəfindən əlləri kəsilən rus qadın Marqarita Qraçevaya 370 min avro ödəməyə məcbur edib.

Moskva yaxınlığındakı Serpuxovun sakinləri hədə-qorxu ilə bağlı dəfələrlə polisə şikayət etsələr də, polis heç nə etməyib, Amma məhkəmə sonradan Qraçovu ciddi rejimli koloniyada 14 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Kuznetsov Belyayevaya bu cinayəti törətməzdən əvvəl Qraçovla bağlı videonu göstərib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə