Nəhayət ki, ABŞ Ukraynaya bunu etməyə icazə verəcək..?

Amerika Müharibə Tədqiqat İnstitutunun hesablamalarına görə, Rusiyanın 245 hərbi obyekti, o cümlədən 16 aerodrom Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qala bilər…
Nəhayət ki, ABŞ Ukraynaya bunu etməyə icazə verəcək..?

...Ukraynanın Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün illərdir davam edən kampaniya uğura yaxın ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Ukraynanın Rusiyaya ATACMS raketləri ilə zərbə endirməsinə icazə verməyə hazırdır.

“Axios”-un siyasi müxbiri Juliqrais Bruefke yazır ki, bu barədə Konqresin Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol bildirib.

“Axios”-un sitat gətirdiyi Makkola görə, sentyabrın 11-də Kiyevə səfər edəcək Dövlət Departamentinin rəhbəri Antoni Blinken Vaşinqtonun qərarı barədə Ukrayna rəhbərliyinə məlumat verəcək.

Qeyd edək ki, çərşənbə axşamı, sentyabrın 10-da Blinken Londona səfər edib və burada Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşüb.

Dövlət Departamentinin rəhbəri birgə mətbuat konfransında bildirib ki, ABŞ prezidenti Cozef Bayden Böyük Britaniyanın baş naziri Key Starmerlə Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadəni müzakirə etmək niyyətindədir.

…Biz çalışırıq ki, Ukrayna öz ərazisini Rusiya təcavüzündən qoruya bilsin.

Bunu deyən Blinken əlavə edib ki, qışın başlaması Ukrayna üçün “kritik an” ola bilər, çünki Rusiya İrandan ballistik raketlər alıb və infrastruktura, o cümlədən enerjiyə hücumları gücləndirir.

Amerika Müharibə Tədqiqat İnstitutunun məlumatına görə, ATACMS-dən istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rostov, Voronej, Belqorod, Kursk, Bryansk, Oryol, Lipetsk, Tambov və Kaluqa vilayətləri zərər çəkmiş əraziyə düşəcək.

Amerika Müharibə Tədqiqat İnstitutunun hesablamalarına görə, Rusiyanın 245 hərbi obyekti, o cümlədən 16 aerodrom Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qala bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə