Rusiyada doğanların sayı azalıb..?

Hökumətin abort əleyhinə kampaniyasına baxmayaraq, demoqrafik vəziyyət pisləşməkdə davam edir…
Rusiyada doğanların sayı azalıb..?

Rusiyada doğum səviyyəsi son 25 ilin ən aşağı səviyyəsinə düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, “Deutsche Welle” çərşənbə günü, sentyabrın 10-da Reuters və Rosstat məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin ilk altı ayında Rusiya Federasiyasında 599,6 min uşaq doğulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 min azdır.

Qeyd edilir ki, bu rəqəm 1999-cu ildən bəri ən aşağı göstəricidir.

Eyni zamanda, iyun ayında yeni doğulanların sayı illik müqayisədə 6 faiz azalaraq 98,6 min nəfər olub ki, bu da ilk dəfə olaraq aylıq doğum səviyyəsinin 100 mindən aşağı düşməsidir.

İddialara görə, Rusiyada əhalinin təbii azalması bu il ölüm hallarının artması səbəbindən sürətlənib. Belə ki, yanvar-iyun aylarında Rusiya Federasiyasında 325,1 min nəfər ölüb ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 49 min nəfər çoxdur.

...Və bundan əlavə, Rusiyada demoqrafik vəziyyət Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda pisləşməkdə davam edir. Deyilənlərə görə, guya Rusiya hakimiyyəti vəziyyəti dəyişməyə çalışır.

...Xüsusən də bu gün Rusiyada aborta qarşı kampaniya aparılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə