ABŞ dünyada dominantlığını saxlamağa çalışır, ona görə də Ukraynadan Rusiyaya strateji məğlubiyyət vermək üçün istifadə edir.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin “Okean-2024” komanda-qərargah təlimlərində çıxışı zamanı deyib.
…Biz görürük ki, Birləşmiş Ştatlar nəyin bahasına olursa-olsun və bütün vasitələrlə dünyada hərbi-siyasi üstünlüyünü qoruyub saxlamağa çalışır. Onlar bu məqsədlə Ukraynadan istifadə edirlər, çünki Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyirlər.
Bunu rusiyalı prezident qeyd edib.
Bundan əvvəl Putin bildirib ki, ABŞ Ukrayna və Asiya-Sakit okean regionu daxil olmaqla, bütün Rusiya sərhədləri boyunca öz silahlı qüvvələrini qurur. O vurğulayıb ki, Amerika hakimiyyətinin hərəkətləri yeni silahlanma yarışına təhrik edir. Onun sözlərinə görə, Vaşinqtonun strategiyası həm də Ukraynadakı münaqişənin sona çatmasının qarşısını alır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə