İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 mini keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 340 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “3 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 100 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 20-yə, yaralı sayının isə 94 min 925-ə yüksəldiyi qeyd edilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə