Almaniyanın quru sərhədlərində nəzarət tətbiq edilir...

...Sentyabrın 16-dan etibarən Almaniyanın quru sərhədlərində miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində nəzarətlər tətbiq ediləcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Departamentin məlumatına görə, altı ay müddətində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhədlərdə nəzarət tətbiq ediləcək.

Səyyar və stasionar polis postları quraşdırılacaq. Tədbir həmçinin ölkəyə girişin qadağan edilməsini nəzərdə tutur

Nazirlik xatırladır ki, Polşa, Çexiya, Avstriya və İsveçrə ilə sərhədlərdə ötən ilin oktyabr ayından Almaniyaya girişdən imtinaya icazə verən yoxlamalar artıq həyata keçirilir.

Daxili İşlər Nazirliyi iddia edir ki, sərhəd nəzarəti, o cümlədən islamçı qrupların tərəfdarlarından müdafiəni təmin edəcək.

Nazirlik öz qərarında Almaniyanın üzərinə düşən ümumi miqrasiya yükünü, o cümlədən bir milyondan çox ukraynalı qaçqının, eləcə də digər ölkələrdən sığınacaq axtaran şəxslərin inteqrasiyası zərurətini də nəzərə alıb.

Qeyd edilir ki, Berlin sərhəd nəzarəti ilə bağlı artıq Avropa Komissiyasını da xəbərdar edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə