Ukrayna Rusiyanın dediyi iki “qırmızı xətti” artıq keçib...

Stupak xatırladıb ki, Rusiya Federasiyasının nüvə silahından istifadə ilə bağlı beş bəndi var...

…Rusiya vaxtaşırı nüvə silahından istifadə mövzusuna müraciət edərək Qərbi şantaj etməkdə davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, hərbi ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak bu barədə Radio NV-də danışıb.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə ilə bağlı beş bəndi var.

Bunlara nüvə hücumuna cavab, kimyəvi-bioloji hücuma cavab, ballistik raket zərbələrinə cavab, nüvə infrastrukturunun sıradan çıxarılması və adi silahlardan istifadə edilən təcavüzə cavab tədbirləri daxildir.

…Və Ukrayna, səhv etmirəmsə, bu nöqtələrdən ən azı ikisini artıq keçib.

Bunu deyən Stupak xatırladır ki, mayın 26-da Ukraynaya məxsus PUA Orenburq vilayətində Voronej-M RLS-ə hücum edib.

Bundan bir neçə gün əvvəl isə Ukrayna pilotsuz təyyarələri Krasnodar diyarındakı Voronej-DM RLS-ə hücum edib.

O zaman ən azı iki radar zədələnmişdi.

Maraqlıdır ki, ukraynalı ekspert həmçinin NATO ölkələrini Rusiya PUA-larının vurulmasında qətiyyətsizlikdə ittiham edir.

…Hətta Belarus artıq öz hava məkanında rus pilotsuz təyyarələrini vurmaq qərarına gəlib, lakin Alyans ölkələri hələ qərar verməyiblər, eskalasiyadan qorxurlar?

İvan Stupak əlavə edir ki, bu məsələdə əsas aspekt ABŞ-ın mövqeyidir ki, o, Alyansın bəzi ölkələrinə təzyiq göstərə bilər, amma o gərginləşməyə yol verməməyə çalışır.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi eskalasiyanın “nə Ukrayna, nə də Polşa üçün” faydalı olmayacağını demişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə