Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit deyib ki, kansler Olaf Şolz… bunun üçün vaxtın çatdığını hesab etdikdə Vladimir Putinlə telefon danışığı aparacaq.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini N-TV kanalı sitat gətirir.
Hebestreit, Şolz Ukraynada münaqişə başlayandan sonra dəfələrlə Rusiya liderinə edilən zəngləri xatırladıb və bunu davam etdirəcəyini bəyan edib.
…Ona görə də Almaniya kansleri nə vaxtsa bu söhbəti məqsədəuyğun hesab etsə, Rusiya lideri ilə telefon əlaqəsi yaratmaqdan çəkinməyəcək.
Bir gün əvvəl Almaniya kansleri Olaf Şolz demişdi ki, indi Ukraynada mümkün qədər tez sülhə necə nail olmağı müzakirə etmək lazımdır. Ona görə də Ukrayna böhranı ilə bağlı növbəti konfransın keçirilməsi zəruridir. Şolz konfransda Rusiyanın da iştirak etməli olduğunu vurğulayıb. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də oxşar mövqedən çıxış edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə