Ukraynada baş verən hadisələrlə əlaqədar
Litva hökuməti oktyabrın əvvəlinə qədər milli kütləvi evakuasiya planını hazırlamağa söz verdi. RT-nin Litva mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə nazir, bunu Ukrayna münaqişəsi ilə bağlı təhdidlərlə əlaqələndirib. O, bu istiqamətdə işlərin digər Baltikyanı ölkələrlə birlikdə aparılacağını və proqramın maliyyələşdirilməsi üçün Avropa İttifaqına müraciətlərin veriləcəyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə