...Lemana Pro şirkəti (keçmiş Leroy Merlin) Rusiyadakı ilk mağazalarının rebrendinqinin başa çatdığını elan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
Xatırladaq ki, bu şirkət tikinti materialları və məişət əşyalarının satışı ilə məşğuldur. Ümumilikdə şəbəkədə 111 satış nöqtəsi var.
Mıtişçidəki Lemana Pro hipermarketi şəbəkənin ilk tam rebrendinq edilmiş mağazasıdır. Mütəxəssislər lövhələri və interyeri yeniləyiblər. Bundan əlavə, işçilərin geyim forması dəyişdirilib. Satış meydançasında və dayanacaqda yeni loqolar peyda oldu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə