Neytral statusa malik olan İsveçrə və NATO üzvü İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
…2024-cü il sentyabrın 9-dan 20-dək İsveçrə və İtaliya Hərbi Hava Qüvvələri İstranada birgə təlim keçirəcək. İlk dəfə təşkil olunan bu təlim İsveçrə və İtaliyanın imkanlarını müqayisə edəcək, onları inkişaf etdirəcək və qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq.
Bu məlumatda bildirilir.
Təlimdə İsveçrə F/A-18 döyüş təyyarələrindən, İtaliya Hərbi Hava Qüvvələri isə Eurofighter və F-35 qırıcılarından istifadə edəcək. İsveçrə ordusu İtaliyaya təxminən 50 hərbçi göndərəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə