...Rusiyanın energetika naziri Sergey Tsivilev ölkədə sovet dövründə yaradılmış enerji sisteminin sabitlik ehtiyatlarının tükəndiyindən, sənayenin modernləşdirilməsi üçün kifayət qədər vəsaitin olmadığından, ölkəni qışda çətinliklərlə üzləşə biləcəyindən şikayətlənib.
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı nazir TASS dövlət agentliyinə müsahibəsində deyib ki, əsas səbəb avadanlığın modernləşdirilməsi və standart vəziyyətdə saxlanması üçün kifayət qədər vəsaitin ayrılmasıdır.
Tsivilev onu da deyib ki, Rusiyanın Uzaq Şərqinin enerji sistemi payız-qış dövrünə lazımi istehsal gücü ehtiyatı olmadan, o cümlədən bir sıra istilik elektrik stansiyalarının əsaslı təmirinin təxirə salınması ilə əlaqədar daxil olur. Buna görə də qəza riski yüksəkdir.
Eyni zamanda, rus energetikləri qeyd edirlər ki, bir neçə ildən sonra hətta Moskva Rusiya Federasiyasında elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər.
2030-cu ilə qədər Rusiya paytaxtı 1,6 giqavat, 2042-ci ilə qədər isə 4,2 giqavat enerji çatışmazlığı ilə üzləşir.
Bölgənin elektrik şəbəkələrinin fiziki aşınması paylayıcı şəbəkələr üçün təxminən 70 faiz, magistral şəbəkələr üçün isə təxminən 50 faiz təşkil edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə