Həkim uşağı “YouTube" videosuna baxaraq əməliyyat etdi - DƏHŞƏTLİ FACİƏ
Hindistanın Bihar əyalətində öd kisəsini əməliyyat etdirdiyi iddia edilən həkimin "YouTube"da izlədiyi videonun köməyi ilə 15 yaşlı gəncin ölümünə səbəb olduğu iddia edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, NDTV-nin məlumatına görə, Biharda öd kisəsi əməliyyatından sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib.
Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən “YouTube videosu”nun köməyi ilə əməliyyat olunduğunu iddia edib. Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini iddia edən ailəsi övladının ölümünə "saxta həkim"in səbəb olduğunu iddia edib. Ailəsi həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını iddia edib.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB