Sudanda 21 mülki vətəndaş həyatını itirib

Sudanda 21 mülki vətəndaş həyatını itirib

Sudanın cənub-şərqindəki Sinnar əyalətində Çevik Dəstək Qüvvələrinin bazar yerini artilleriya atəşi ilə bombalaması nəticəsində 21 mülki vətəndaş həyatını itirib. Təbii fəlakət nəticəsində 70-dən çox insan xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsindən verilən açıqlamada Çevik Dəstək Qüvvələrinin Sinnarda vətəndaşların bazarlarda toplaşdığı nöqtələri hədəf alaraq mülki şəxslərə qarşı həyata keçirdiyi və silahsız mülki vətəndaşlar arasında böyük itkilərə səbəb olduğunu pislədiyi bildirilib.

Açıqlamada Çevik Dəstək Qüvvələrinin artilleriya atəşi nəticəsində 21 nəfərin həyatını itirdiyi, 70-dən çox adamın isə yaralandığı qeyd edilib. Digər tərəfdən yerli media Sinnarda xəstəxanaların dolu olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə