Tramp öz adı ilə araq buraxmaq istəyib…

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp və komandası siyasətçinin adı olan araq buraxmağı planlaşdırırdı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” Respublikaçılar Partiyasındakı mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, arağın Tramp adlandırılması lazım idi. Bu ideyanı siyasətçiyə onun qeyri-rəsmi müşavirləri təklif ediblər.

Qeyd olunur ki, Trampın adı olan araqın görünməsi hələ də sual altındadır. Nəşrin həmsöhbəti deyib ki, o, alkoqollu məhsullar xətti çıxarmaq fikrində deyil.

Qeyd edək ki, iyul ayında ABŞ-da sui-qəsddən sonra Trampın şəkli olan idman ayaqqabıları satışa çıxarılıb. Ayaqqabıların qiyməti 299 dollardır.

“Radiotoçka NSN” xəbər verir ki, artıq beş min cüt belə ayaqqabı buraxılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə