"Ukrayna Bayden, Tramp və Harrisə qələbə planını göstərəcək"

Həmin planın konturları bu həftə ABŞ Konqresinin nümayəndə heyətlərinə açıqlanıb

…Ukrayna ABŞ-ın hazırkı prezidenti Cozef Baydenə, eləcə də prezidentliyə iki əsas namizəd - Kamala Harris və Donald Trampa müharibədə qalib gəlmək üçün ətraflı plan göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

O qeyd edib ki, bu gün Ukrayna bu həftə Almaniyada Ramşteyn görüşündə və İtaliyada keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə tərəfdaşlarla işə başlayıb.

Zelenskinin sözlərinə görə, xüsusilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Giorgia Meloni ilə mühüm danışıqlar aparılıb.

…Biz daima Amerika Birləşmiş Ştatlarında hər iki partiyanın nümayəndələri ilə işləyirik – İtaliyada keçirilən forum çərçivəsində mən ABŞ Konqresinin nümayəndə heyəti ilə görüş keçirdim. Onlar, xüsusən də Ukraynanın qələbə planı haqqında - onun bəzi təfərrüatları haqqında danışdılar. Biz bütün addımları ABŞ prezidenti Baydenə və hər iki prezidentliyə namizədə - Tramp və Harrisə tam şəkildə təqdim edəcəyik.

Bunu deyən Zelenskinin sözlərinə görə, ötən həftə Ukraynaya mərmilər, eləcə də birbaşa Ukraynada silah, pilotsuz uçuş aparatları və raketlərin istehsalının maliyyələşdirilməsi ilə bağlı yeni razılaşmalar verilib.

Ukrayna prezidenti bildirib ki, hava hücumundan müdafiə daimi prioritet olaraq qalır.

…Dünya Rusiyanın məğlubiyyəti naminə güclü qərarlardan qaçdığı kimi, Rusiya da sülh axtarmaqdan çəkinə bilər. Uzaqmənzilli döyüş silahları - bu əsas strateji qərarlardan biridir. Mən dünyada bu zəruri addımları atmaqda bizə kömək edən hər kəsə təşəkkür edirəm.

Bunu da Ukrayna dövlətinin başçısı bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə