Ukrayna Silahlı Qüvvələri Belarus sərhədi yaxınlığında cəmləşir..?

Ukrayna hərbi qruplaşması Belarusla sərhəd yaxınlığında cəmləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublikanın Təhlükəsizlik Şurası məlumat yayıb.

…Təxminən 14 min nəfərdən ibarət Ukrayna hərbi qrupu Belarus sərhədi yaxınlığında cəmləşib.

Bunu Təhlükəsizlik Şurası bildirib.

…Son həftələr Belarus və Ukrayna sərhədində vəziyyət narahatedicidir.

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna Silahlı Qüvvələrinə məxsus 10-dan çox hücum pilotsuz təyyarəsinin respublika ərazisi üzərində vurulduğunu bildirib. Kiyevdə isə iddia edirlər ki, respublika təlimlər adı altında Qomel vilayətinə qoşun, silah və texnika ötürür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə