Ruslar ipotekadan üz döndəriblər

Rusların yarıdan çoxu kredit götürmədən mənzil alır. Vətəndaşların ipotekadan praktiki olaraq üz çevirməsi faktı artıq göz qabağındadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” yazır.

İpoteka ilə ev almağa hazırlaşan rusların payı 2024-cü ildə rekord həddə - 42 faizə düşüb. Eyni zamanda, nağd ödənişlərin payı şəhərətrafı və təkrar bazarlarda artıb, lakin yeni tikililər seqmentində hələ də aşağı səviyyədə qalıb - 28 faiz.

Ekspertlər qeyd edirlər ki, yeni tikililər bazarı hələ də ən çox ipoteka krediti şərtlərindən asılıdır. Onların fikrincə, hər hansı yeni məhdudiyyətlər istehlakçı tələbatının soyumasına səbəb ola bilər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin güzəştli ipoteka proqramının dayandırılmasından danışıb. O qeyd edib ki, belə bir qərar mütləq mənzil bazarına təsir edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə