Rus ordusu DXR-də Novoqrodovkanı "azad" edib...

...Mərkəz qüvvələr qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində DXR-in Novoqrodovka qəsəbəsi azad edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rus saytlarının yazdığına görə, son 24 saat ərzində aviasiya Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin “Cənub” xüsusi əməliyyat mərkəzinin müvəqqəti dislokasiya məntəqəsinə və pilotsuz təyyarələrin istehsalı, yığılması eləcə də təchizatı sexlərinə zərbələr endirib.

Rusların hava hücumundan müdafiə sistemləri dörd Hammer idarəolunan bombanı, dörd HIMARS raketini və düşmənin 23 pilotsuz təyyarəsini vurub.

Ruslar belə yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə