Lavrov Səudiyyə Ərəbistanına səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin birgə iclasında iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Əməkdaşlıq Şurası altı ölkəni birləşdirən regional beynəlxalq təşkilatdır: Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı.

Bütün xəbərlər Facebook səhifəmizdə