Ukrayna Rusiya hərbi əsirləri üçün yeni qaydalar tətbiq edib

Ukrayna Silahlı Qüvvələri əsgərlərinin öldürülməsindən sonra...

…Rusiya Silahlı Qüvvələrinin əsir düşən hərbçilərinə Rusiyadakı qohumlarına zəng etmək qadağan edilib. Əvvəllər ayda bir dəfə zəng etmək imkanı var idi. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib. O vurğulayıb ki, zənglərin qadağan edilməsi Ukraynanın əsir götürülmüş ruslara münasibətdə əməl etdiyi Cenevrə Konvensiyasının normalarını pozmur.

SİA-nın əldə etdiyi məlumata görə, komissar bu barədə milli telemarafonun efirində danışıb.

Lubinets qeyd edib ki, Rusiya hərbi əsirləri ilə bağlı qaydalar rus işğalçılarının Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini kamerada nümayişkaranə və kinli şəkildə öldürməyə başlamasından sonra dəyişib.

Ukraynanın insan haqları üzrə ombudsmanı Dmitri Lubinets Rusiyanın hərbi cinayətlərinə dünyanın cavabını tələb edir.

…Bir daha beynəlxalq təşkilatların, ilk növbədə Beynəlxalq Qızıl Xaç Komitəsinin səmərəsiz reaksiyasını, mandatının səmərəsiz icrasını görürəm... Əgər bu “dəvəquşu mövqeyi” davam edərsə, bütün dünya öz funksiyasını yerinə yetirə bilməyən belə bir təşkilatın niyə lazım olduğunu başa düşəcək.

Lubinets bildirib bunu.

Onun sözlərinə görə, Ukrayna əsir götürülmüş ruslarla bağlı bəzi şeyləri dəyişir. Məsələn, söhbət məhbusların evə zəng etmək imkanından gedir. Hazırda rus hərbi əsirləri Cenevrə Konvensiyasının bütün standartlarına cavab verən dörd xüsusi düşərgədədir.

…İndiyə qədər bizə məlumat verildi ki, ruslar hələ də məktub yazmaq qabiliyyətinə malikdirlər, lakin onların artıq telefon danışıqları etmək hüququ yoxdur. O qeyd edib ki, əsir düşən ruslardan məktubların ötürülməsi belə baş verir: məktubları rusiyalı həmkarı Tatyana Moskalkovaya ötürür. O, da öz növbəsində məktubları əsir götürülmüş Ukrayna Silahlı Qüvvələri əsgərlərinə ötürür. Beləliklə, Ukraynada əsgərlərinin harada olduğunu başa düşə bilirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə