"15 nəfər idik, sağ qalan tək mən oldum"...

Yakutiyadan olan əsgər rusların mövqelərinin Ukraynanın "Baba Yaga" pilotsuz təyyarəsi tərəfindən necə tutulduğunu danışıb

İnternetdə Yakutiyadan Ukraynaya döyüşmək üçün gətirilən siravi yakutun videomüraciəti yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna 365 Teleqram kanalı yazır ki, o, Rusiya ordusundakı böyük itkilərdən açıq danışıb.

…Yakutun hücum qrupu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq istəyərkən tamamilə məhv edilib. Yalnız o, sağ çıxmağı bacardı. Geri qayıdanda o, öz mövqeyini Ukraynanın “Baba Yaqa” hücum dronları tərəfindən tamamilə yandırıldığını görüb.

…Hücumdan çətinliklə çıxdım. 15 nəfər idik, bircə mən qayıtdım. Mən dünən bura mənimlə gətirilən xalqımın nümayəndələrini görməyə gəlmişəm, onları burada bombalayıblar. Biz orada döyüşərkən “Baba Yaqa” buranı bombalayıb... Mən “məəttəl qaldım”, əlim ağır yaralandı. Sümükləri çıxıb... Gərək 1-ci batalyona çatım, əlimi göstərim, sarısınlar. Bronik və başqa hər şey orada qaldı. Birtəhər oradan çıxdım. Kamikadze pilotsuz təyyarələr bizi vurdu. Kömək istədik, amma vermədilər. Su istədilər, gətirmədilər... Başa düşə bilmirəm ki, necə sağ qaldım.

…Bu, Yakutiyadan döyüşlərə gətirilən sadə bir insanın şikayətləridir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə