Yəmən husiləri öz hava məkanında ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurub

Husilər Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” hücum pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını bildiriblər. SİA xəbər verir ki, bu barədə husilərin “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.

"Yəmənin hava hücumundan müdafiə qüvvələri Marib vilayətinin hava məkanında Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub", - deyə o qeyd edib.

Əlavə edib ki, bu, Yəmən ərazisi üzərində vurulan Amerikanın bu tipli səkkizinci pilotsuz təyyarəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə