Ruslar uşaqlarının miqrant uşaqları ilə bir yerdə oxumalarını istəmirlər…

Bundan əlavə onlar miqrant uşaqların pulsuz təhsil almasını qadağan etmək istəyirlər

...Rusiyada miqrant uşaqların uşaq bağçalarında və məktəblərdə pulsuz təhsil almasını ləğv edən qanun layihəsini Dumaya təqdim etməyə hazırlaşırlar.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, ideyanın müəllifi Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilovdur.

O hesab edir ki, “xeyriyyə dastanını tamamlamağın vaxtı çatıb.

Deməli, Dumanın iclasında çıxış edən Nilov deyib ki, əcnəbi valideynlər istəsələr, övladlarını kommersiya əsasında bizim təhsil müəssisələrində yerləşdirə bilərlər. Bunun üçün ayrı-ayrı kommersiya sinifləri yaratsınlar. Bizim rus uşaqlarımız əcnəbi işçilərin uşaqlarının həddindən artıq çox olmasından əziyyət çəkməməlidirlər.

Təbii ki, Nilovun təşəbbüsü xarici işçilərin Rusiyada qalmaları üçün yeni, daha sərt qaydalar seriyasının sonuncusu olur.

Hüquq müdafiəçilərinin fikrincə, bu daha çox ayrı-seçkilik xarakteri daşıyır və açıq şəkildə Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı yönəlib.

Mövcud qanunvericiliyə görə, Rusiyada miqrantların uşaqları ictimaiyyətə açıq və pulsuz əsaslarla təhsil alırlar.

TASS qanunvericilik təşəbbüsü ilə bağlı izahat qeydinə istinadən yazır ki, ideya müəllifləri son illərdə bir sıra MDB və Mərkəzi Asiya ölkələrindən olan miqrant uşaqların uşaq bağçalarında və məktəblərdə sayının kəskin şəkildə artmasından narahatdırlar.

…Rusiya uşaq bağçalarında və məktəblərində miqrant uşaqların sayının nəzarətsiz artması onlarda yer çatışmazlığına səbəb olur. Uşaq bağçalarında və məktəblərdə yer çatışmazlığı xüsusilə yeni və fəal şəkildə inkişaf etdirilən ərazilərdə hiss olunur. Bəzi məktəblərdə onlarla birinci sinfə qəbul olunur, ikinci növbədə oxuyanların payı isə artır. Normaldan 1,5-2 dəfə artıq işləməyə məcbur edilən müəllimlərin dərs yükü də artıb..?

…Qeyd edək ki, bu təklifin Dövlət Dumasında dəstəklənəcəyi hələlik məlum deyil, lakin əgər bu baş verərsə, onda yüz minlərlə əmək miqrantının həyatı çətinləşdirəcək.

…Yeri gəlmişkən, bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin Samarada olarkən miqrasiyanın tənzimlənməsi məsələsinin parlamentin prioritetlərindən biri olduğunu və ola bilsin ki, onlar miqrantların ailə üzvlərinin Rusiyaya gətirilməsinin qadağan edilməsi haqqında qanun qəbul edəcəklərini bildirmişdi.

Onun sözlərinə görə, hazırda xalq deputatları əmək miqrasiyası ilə bağlı 6 qanun qəbul edib və daha bir neçə layihə təşəbbüsü hazırlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə