Zelenski Ukrayna ilə bağlı yeni planını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski ölkə rəhbərliyinin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün yeni plan üzərində işlədiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, şənbə, sentyabrın 7-də italyan jurnalistləri ilə söhbətində danışıb. ...Sernobbioda keçirilən iqtisadi forumun kənarında Zelenski vəziyyətlə bağlı yeni yol xəritəsinin hazırlandığını və onu ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampa təqdim etmək niyyətində olduğunu bildirib. O, həmçinin Yeddilik Qrupunun (G7) liderləri ilə planı müzakirə edəcək.

... Plan noyabrda hazır olacaq. "Mən bunu prezident Baydenə, namizədlər Tramp və Harrisə, həmçinin G7 liderlərinə təqdim edəcəyəm, çünki onların bu barədə nə düşündüklərini bilmək istəyirəm, - deyə Ukrayna dövlət başçısı bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə