O, “qardaş xalqlar” arasında “zərbə mübadiləsi”nin izahını tapa bilmir..?

Ukraynaya hücum zamanı Belarus ərazisinə “dönən” səkkiz rus “Şahed”indən ikisi vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, son iki ayda 20 belə hal baş verib.

Rusiya komandanlığı qəsdən Belarusa “Şahed” kamikadze dronlarını göndərə bilər..?

Bu, Belarusun hava hücumundan müdafiəsini öyrətmək və müxtəlif silahları sınaqdan keçirmək üçün edilir.

Eyni zamanda, Belarus hakimiyyəti baş verənləri əhaliyə izah etməyə söz tapmayıb.

Maraqlıdır ki, PUA-ları ya neytral adlandırırlar, ya da onların ukraynalı olduğunu deyirlər. Belarus hakimiyyəti çaşqınlıq içindədir, çünki onlar “qardaş xalqlar” və “müttəfiqlər” arasında “zərbə mübadiləsini” necə izah edəcəklərini anlaya bilmirlər.

Bunu Focus yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə