Xarkovda baş verən partlayışlardan sonra elektrik və su kəsilib

Partlayışlardan sonra Xarkovun bəzi ərazilərində elektrik və su təchizatı kəsilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Strana” nəşri yerli ictimai səhifələrə istinadən yazıb. Bundan əvvəl Xarkov meri İqor Terexov şəhərdə silsilə partlayışlar barədə məlumat vermişdi.

Əhalinin xəbərdar edilməsi üzrə rəsmi mənbənin məlumatına görə, Xarkov vilayətində hava təhlükəsi xəbərdarlığı iki saat yarımdan çox davam edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə