Rusiya Bakıda keçiriləcək COP29-un gündəliyini açıqlayıb..?

Rusiya tərəfi noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında Qərb ölkələrinin öz gündəmini tətbiq etməsinə mane olmağa çalışacaq.

Xüsusi tapşırıqlar üzrə səfir və xarici işlər nazirinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko bildirib ki, noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında Moskvanın nümayəndələri əsaslandırılmış qərarlar axtarmaq və Qərb ölkələrinin gündəmə müdaxilə etməsinə imkan verməmək niyyətindədirlər.

O, bildirib ki, Qərb ölkələri artıq iqlim məsələləri üzrə müzakirələri onlar üçün faydalı olan istiqamətə yönəltmək üçün səylər göstərirlər, buna görə də, çox güman ki, Bakıda keçiriləcək sammitin gündəliyinə nəzarəti bərqərar etməyə çalışacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir.

…Biz, əlbəttə ki, hər cür səy göstərəcəyik – bunun nə dərəcədə uğurlu olacağını deyə bilmərəm – konfransın qərarları balanslaşdırılmış olsun.

İddialara görə, guya Kononuçenko söz verib..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə